Sabah HƏMAS üç israilli girovu azad edəcək

7 Fevral 2025 22:42

Fələstinin HƏMAS hərəkatı fevralın 8-də üç israilli girovu azad etmək niyyətində olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, onların arasında Almaniya vətəndaşı Ohad Ben-Ami də var.

Bəyanatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeydə yayıb.

"İsrail ilə girovların mübadiləsi razılaşmasının bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Şarabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik", - Əbu Ubayda teleqram kanalında yazıb.

Milli.Az