23:13
Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanlardan biri 1993-cü il təvəllüdlü Balakən rayonu Mahamalar kənd sakini Paraşov Orxan Nurəddin oğlu, digəri isə 1989-cu il təvəllüdlü Zaqatala rayon sakini Sabir Fazil oğlu Abdullayevdir.
-----------
22:33
Zaqatala şəhərində minik avtomobili aşıb, xəsarət alanlar var.
Milli.Az-ın məlumatına görə, axşam saat 21 radələrində Zaqatala şəhəri, Bayraq meydanı adlanan ərazidə hərəkətdə olan minik avtomobili aşıb.
İlkin məlumata görə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıb.
Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. /APA
Milli.Az