Əməkdar artist əməliyyat olundu

7 Fevral 2025 22:16

Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov bu gün əməliyyat olunub.

Milli.Az xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.

O, əməliyyatdan yeni çıxdığını vurğulayıb:

"Özümə indi gəlmişəm. Həkimlər ikinci əməliyyata ehtiyac olduğunu dedilər".

Qeyd edək ki, Əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkir. Bu onun ikinci əməliyyatıdır. (Axşam.az)

Milli.Az