Almaniya kansleri Olaf Şolts Suriyanın keçid hökumətinin prezidenti Əhməd əş-Şara ilə telefon danışığı aparıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Suriya hökumətinin yaydığı məlumatda bildirilib.
Telefon danışığında ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb.
Şolts ölkəsinin Suriyanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu qeyd edib.
Milli.Az