Bakıda 2 böyük park tikiləcək - bu ərazilərdə

7 Fevral 2025 19:06

Yaxın vaxtlarda Bakı şəhərində 2 böyük parkın istifadəyə verilməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Mirhəsən Həsənov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı ictimai dinləmələrdə bildirib.

"Paytaxtda parkların, yaşıllıqların olması böyük önəm kəsb edir. Son aylar bu istiqamətində ciddi işlər görülüb. Yaxın vaxtlarda 2 böyük park istifadəyə veriləcək. Bunlardan biri metronun "Gənclik" stansiyasının ətrafındadır", - deyə o qeyd edib.

Bundan başqa, BŞİH rəsmisi deyib ki, paytaxtda nəqliyyatın hərəkəti, eyni zamanda piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin keçirilməsi zərurəti var: "Bununla bağlı bir sıra layihələrin icrası gözlənilir. Bu məsələlər ciddi şəkildə təhlil edilir və müvafiq tədbirlər görülür. Yolun bizim üçün nə qədər vacib olmasını hər kəs dərk etməlidir". /"Unikal"

Milli.Az