Rusiyanın Belqorod şəhərində iki feldşer qadının həlak olması ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. MMA (qarışıq döyüş növləri) üzrə uşaq məşqçisi Ramzan Hacımuradovun idarə etdiyi "BMW X7" avtomobili tam sürətlə təcili tibbi yardım maşınına çırpılıb.
Milli.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat verir.
İlkin məlumata görə, yolsuzluq avtomobilinin sürücüsü qırmızı işıqda yolayrıcına çıxaraq təcili tibbi yardım maşını ilə toqquşub. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi dirəyə və binanın divarına çırpılıb.
Qəza zamanı "BMW X7"nin sürəti 100 km/saatdan artıq olub. Yol-nəqliyyat hadisəsi nəticəsində 38 yaşlı Olqa Lyubimova və 45 yaşlı Marina Parovışnik həlak olublar. 28 yaşlı R.Hacımuradov isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Şahidlərin sözlərinə görə, onda güclü alkoqol sərxoşluğunun əlamətləri müşahidə olunub. /oxu.az
Milli.Az