39 yaşlı Serxio Ramos bu kluba keçdi

7 Fevral 2025 19:19

İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Serxio Ramos karyerasını Meksikada davam etdirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, 39 yaşlı müdafiəçi "Monterrey" komandasına keçib. Təcrübəli oyunçu ilə 1 illik müqavilə imzalanıb.

O, yeni komandasında 94 nömrəli formanı geyinəcək. Ramosun birillik məvacibi 4 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Serxio Ramosun son klubu İspaniya "Sevilya"sı olub.

Milli.Az