3 ölkə prezidenti Bakıda keçiriləcək Forumda iştirak edəcək

7 Fevral 2025 17:27

Bakıda keçiriləcək XII Qlobal Bakı Forumu 13-15 mart 2025-ci il tarixində baş tutacaq.

Trend-in məlumatına görə, "Dünya Nizamının Yenidən Düşünülməsi: Çağırışların İmkanlara çevrilməsi" mövzusunda keçirilən forumda hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla 400-dən çox iştirakçının iştirakı gözlənilir.

Forumda həmçinin Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviç də iştirak edəcəklər.

Qeyd edək ki, forumda Kuala-Lumpurun meri Maimuna Mohd Şərif və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspanın iştirakı da təsdiqlənib.

Milli.Az