PSJ baş məşqçisi ilə bağlı qərarını verdi

7 Fevral 2025 18:25

Fransanın PSJ klubu baş məşqçisi Luis Enrikenin müqaviləsinin müddətini uzadır.

Milli.Az xəbər verir ki, Paris təmsilçisi bu gün qərarı rəsmən açıqlayacaq.

Qeyd edək ki, 54 yaşlı mütəxəssisin hazırkı sözləşməsinin müddəti yayda başa çatmalı idi. O, 2023-cü ildən PSJ-nin baş məşqçisidir. /Report

Milli.Az