Rusiyanın əməkdar artisti vəfat etdi

7 Fevral 2025 16:07

Rusiyalı Əməkdar artist Anatoli Xudoleyev vəfat edib.

Milli.Az xəbər verir ki, 82 yaşlı aktyor Xudoleyev sonuncu dəfə noyabrın 15-də "Çulimskdə keçən yay" tamaşasında səhnəyə çıxıb.

Qeyd edək ki, Xudoleyev "Həyat və tale" və "Sakit Don" serialındakı rolları ilə tanınır. O, həmçinin "Bandit Peterburq", "Fənərləri sınmış küçələr", "Ölümcül qüvvə" kimi seriallarda rol alıb.

Milli.Az