Kanye Uestə autizm diaqnozu qoyuldu

7 Fevral 2025 11:47

Məşhur reper Kanye Uest autizm olduğunu açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kanye bu barədə "The Download" layihəsində danışıb. Onun sözlərinə görə, həyat yoldaşı Bianka ona müğənni Castin Biberin həkiminə müraciət etməyi məsləhət görüb.

"Həkim məndə bipolyar pozuntu olduğunu bildirdi və daha əvvəl də bu əlamətləri müşahidə etdiyini qeyd etdi", - deyə reper açıqlamasında bildirib.

Kanye insanların ona kömək etmək istədiyini desə də, əksinə, bunun fərqli nəticələr verdiyini vurğulayıb.

Sonda o, "Dünyaya bəxş etdiyim tək şey yaradıcılığımdır. Yaradıcılığımı qoruduğum müddətcə bu yüksəlişə dəyər" sözləri ilə fikrini tamamlayıb.

Fidan
Milli.Az