Sumqayıtda vəzifəli şəxs qəza törətdi - ölən var

7 Fevral 2025 11:27

Dünən Sumqayıtda ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, Ədliyyə Nazirliyinin əməkdaşı, icra məmuru Tural Cəfər oğlu İsayev "Mercedes" markalı avtomobillə Binəqədi-Novxanı-Corat yolu ilə paytaxt istiqamətində hərəkətdə olarkən yolu keçən qadını vurub.

Nəticədə ağır xəsarət alan Nərgiz İsgəndərova hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır./"qafqazinfo"

Milli.Az