Novruzda əfv və amnistiya gözlənilir - Novella Cəfəroğlu

7 Fevral 2025 11:24

"Qarşıdan gələn Novruz bayramı münasibəti ilə Əfv Sərancamı imzalana bilər. Amnistiya da elan edilə bilər".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı hazırlıq işləri gedir:

"Gözləyirik. Bizim tərəfimizdən nə lazımdırsa edəcəyik,  siyahıları aidiyyatı qurumlara təqdim edəcəyik".

Milli.Az