Ağstafada ağır qəza - xəsarət alanlar var

7 Fevral 2025 11:18

Ağstafada yol-nəqliyyat hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan iki minik maşını toqquşub.

Qəza zamanı 1994-cü il təvəllüdlü E.Məmmədli və 1987-ci il təvəllüldü M.İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Fakla bağlı araşdırma aparılır.

Milli.Az