Fatih Portakal karyerasına son qoyur - "Bundan sonra..."

7 Fevral 2025 21:47

Türkiyənin məşhur jurnalisti və aparıcısı Fatih Portakal televiziya və sosial media yayımlarına son qoyaraq təqaüdə çıxacağını elan edib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, o, iyun ayında Sözcü TV-dəki işindən ayrılacağını və tamamilə media sahəsindən uzaqlaşacağını bildirib.

Son günlər Barış Pehlivanla bağlı söylədiyi fikirlərlə gündəmə gələn Fatih Portakal YouTube yayımlarını da dayandıracağını açıqlayıb. Məşhur aparıcı belə danışıb:

"Bazar ertəsindən etibarən YouTube kanalımda yayımı dayandıracağam. Müvəqqətidirmi, yoxsa daimidir, bilmirəm. Amma Sözcü TV-də də iyun ayından sonra artıq olmayacağam. 57 yaşım var və bundan sonra təqaüdçü həyat yaşamaq istəyirəm" .

Türkiyənin ən tanınmış xəbər aparıcılarından biri olan Fatih Portakalın bu qərarı media dünyasında böyük rezonans doğurub.

Fidan
Milli.Az