Qulaqdakı cingiltili ağrının SƏBƏBLƏRİ - Bunları etməyin

7 Fevral 2025 12:07

Qulaqdakı cingiltinin bir çox səbəbi ola bilər. Yüksək səslə musiqi dinləmək və ya səsli mühitdə uzun müddət qalmaq qulaqda cingiltinin yaranmasına yol aça bilər. Eyni zamanda yüksək qan təzyiqi, damar problemləri və qulaq infeksiyaları bu problemin əsas səbəblərindəndir. Stress, narahatlıq və gərginlik də cingiltini artıran amillərdir. Yaşla əlaqədar eşitmə qabiliyyətinin azalması da qulaqdakı cingiltini təhrik edə bilər. Bəzi dərmanların yan təsirləri, xüsusilə qeyri-steroid iltihab əleyhinə dərmanlar da bu vəziyyəti yarada bilər.

Milli.Az xəbər verir ki, araşdırmalara görə, insanların 10-15 %-i bu simptomlarla qarşılaşır.

Avropa Tibb Mərkəzinin (EMC) həkimi Aleksandra Qerşevskayanın sözlərinə görə, tinnitusun özü xəstəlik deyil, müxtəlif sağlamlıq problemlərindən xəbər verə bilən bir simptomdur. "Qulaqda küyün səbəbləri müxtəlif ola bilər - məsələn, qulaq kiri tıxacı, qulaq iltihabı, evstaxi borusunun funksiyasının pozulması, akustik travma və s. Bəzən küy damar və nevroloji patologiyaların göstəricisi də ola bilər", - deyə həkim əlavə edib. Aleksandra Qerşevskaya vurğulayır ki, əgər qulaqlardakı küy bir neçə gün davam edərsə və ya güclənərsə, başgicəllənmə, eşitmənin zəifləməsi, başağrıları ilə müşayiət olunarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur. 

Asya
Milli.Az