Çay, sadəcə gündəlik həyatımızda əvəzsiz bir içki olmaqla yanaşı, sağlamlığımıza da bir çox müsbət təsir göstərir.
Milli.Az xəbər verir ki, elmi araşdırmalar nəticəsində müəyyən olunub ki, müntəzəm çay istehlakı ürək xəstəliyi riskini 8 faiz, infarkt riskini isə 10 faiz azalda bilər.
Tədqiqatlar göstərib ki, çayın tərkibindəki polifenollar bağırsaq mikroflorasına müsbət təsir göstərə bilər. Bu maddələr faydalı bakteriyaların artmasına şərait yaradır, eyni zamanda zərərli bakteriyaların çoxalmasının qarşısını alır. Qara və yaşıl çayın tərkibindəki amin turşusu və kofein sinergetik təsir göstərərək diqqəti artırır və beyin funksiyalarını gücləndirir. Qəhvədən fərqli olaraq çayda olan kofein daha yavaş sorularaq daha uzun müddət davam edən enerji təmin edir. Digər bir araşdırma zamanı isə qara çayın aromasının idrak tapşırıqları zamanı stresi azaltdığı sübut olunub. Çobanyastığı çayının sakitləşdirici təsiri, nanə çayının isə təravətləndirici və diqqət artırıcı xüsusiyyətlərə malik olduğu bildirilib. Ümumilikdə sağlam qidalanma, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu kimi faktorlar uzunömürlülük üçün həlledici rol oynayır.
Asya
Milli.Az