Günəşdə ən yüksək X sinfinə yaxın güclü partlayış baş verib.
Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat verib.
"Fevralın 6-da Moskva vaxtı ilə saat 14:04-də (Bakı vaxtı ilə 15:04 - red.) 3981 (N05W16) günəş ləkələri qrupunda rentgen diapazonunda 35 dəqiqə davam edən M7.6 partlayışı qeydə alınıb", - məlumatda bildirilir.
Məlumata görə, partlayış bu ay baş verən ikinci ən güclü partlayışdır.
Hesabata əsasən, indiyə qədər ən güclü partlayış fevralın 3-də qeydə alınmış M8.8 partlayışı olub.
Fidan
Milli.Az