İsmayıllıda kriminal hadisə - saxlanılan var

7 Fevral 2025 09:42

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, fevralın 7-də gecə saatlarında İsmayıllı rayonunun Quşencə kəndi ərazisində 54 yaşlı Arif Qarayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Kamal Şıxbalayevə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Milli.Az