Bunu edən ilk ABŞ prezidenti olacaq

7 Fevral 2025 15:05

ABŞ Prezidenti Donald Tramp bu həftəsonu Luiziana ştatının Nyu Orleans şəhərində keçiriləcək Super Bowl LIX oyununda iştirak edəcək.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Tramp Milli Futbol Liqasının (NFL) finalına qatılan ilk ABŞ prezidenti kimi tarixə düşəcək.

Super Bowl LIX 9 fevral 2025-ci il tarixində "Caesars Superdome" stadionunda keçiriləcək və "Kansas Siti Çyefs" ilə "Filadelfiya İqlz" komandaları arasında baş tutacaq.

Əvvəlki prezidentlər, məsələn, Ronald Reyqan, Ağ Evdə oyundan əvvəl püşkatma mərasimində iştirak etsələr də, heç biri səlahiyyət müddətində Super Bowl oyununa qatılmayıb.

Trampın iştirakı ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi gözlənilir. 

Fidan
Milli.Az