ChatGPT-də yeni pulsuz funksiya peyda olub

6 Fevral 2025 19:12

"OpenAİ" şirkəti "ChatGPT" süni intellekt proqramında pulsuz istifadəçilər üçün internetdə axtarış imkanlarını genişləndirib.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, buna qədər yalnız ödənişli abunəçilərə əlçatar olan ChatGPT axtarış sistemi artıq bütün istifadəçilərin sərəncamına verilib və bu funksiyadan istifadə edən zaman qeydiyyatla bağlı çətinliklər yaranmayacaq.

"OpenAİ" öz çatbotunu "Google" və "Bing" kimi axtarış platformalarına ciddi rəqib etmək niyyətindədir.

"Biz hər kəsin (internetdə) informasiya axtaran zaman ChatGPT nin imkanlarını sınaya bilməsini istəyirik",- OpenAİ-dən qeyd edilib

Yeni axtarış funksiyası "ChatGPT"nin internetdəki aktual məlumatlardan istifadə etməklə, sorğulara operativ şəkildə cavab verməsinə imkan verir. Bu zaman tapılmış məlumatın mənbəsi də göstərilir.

Milli.Az