Ağır qəzaların baş verdiyi həmin yolda işıqlandırma sistemi quraşdırıldı - FOTO

6 Fevral 2025 18:55

Yevlax rayonunda 5 min nəfərdən çox əhalinin yaşadığı Şəkitayı, Aeroport və Çənlibel yaşayış massivlərinə gedən avtomobil yolunda müasir işıqlandırma sistemi quraşdırılıb.

Milli.Az xəbər verir ki, quraşdırma işləri yaşayış massivlərinə gedən 4 km uzunluğa malik, indiyədək heç vaxt işıqlandırma sistemi olmayan yolda aparılıb.

Qeyd edək ki, 5 min nəfərdən çox əhalinin olduğu Şəkitayı, Aeroport və Çənlibel yaşayış massivlərinin sakinləri Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayaraq gündəlik istifadə etdikləri yolda tez-tez avtoqəzalar baş verdiyini bildirib, işıqlandırılma sisteminin qurulmasını xahiş ediblər./"report"

Milli.Az