ABŞ-də 100 min toyuq yumurtası oğurlandı

7 Fevral 2025 09:16

ABŞ-nin Pensilvaniya ştatında naməlum şəxslər 100 min toyuq yumurtasını oğurlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə quş qripinin doğurduğu yumurta çatışmazlığı və onun bahalaşması fonunda baş verib.

İnsident Qrinkasl şəhərində qeydə alınıb. Oğurlanmış məhsulların dəyəri 40 min dollar məbləğində qiymətləndirilir.

Yumurtalar "Pete & Gerry"s Organics" istehsalçı şirkətin zavodunun qarşısında park edilmiş yük maşınından oğurlanıb.

Qeyd edək ki, ABŞ-də son aylar ərzində toyuq yumurtası qıtlığı müşahidə olunur və bu məhsulun qiyməti yüksək olaraq qalır. Buna səbəb 2024-cü ilin noyabr-dekabr aylarında 17,2 milyon yumurtlayan toyuğun ölümü olub.

Milli.Az