Tramp: İsrail Qəzza zolağını ABŞ-yə təhvil verəcək

7 Fevral 2025 00:10

Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb.

"Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək. Fələstinlilər artıq bölgədə daha təhlükəsiz və daha gözəl icmalara, yeni və müasir evlərdə yerləşdiriləcəklər", - Tramp qeyd edib.

O əlavə edib ki, ABŞ əsgərlərinə ehtiyac olmayacaq./APA

Milli.Az