Nazir səhiyyə sahəsindəki saxta diplom məsələsinə aydınlıq gətirdi

6 Fevral 2025 16:31

Biz nazirlik olaraq diplomları Səhiyyə Nazirliyi tərəfindən verilən rəy əsasında veririk.

Milli.Az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə səhiyyə sahəsində saxta diplomlarla fəaliyyət göstərənlərlə bağlı sualı cavablandırarkən deyib.

Nazir bildirib ki, plastik cərrahlarla bağlı Təftiş Komissiyasında Elm və Təhsil Nazirliyi də iştirak edir və nəticə əldə olunanda bununla bağlı açıqlama veriləcək.

Milli.Az