2 avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO

6 Fevral 2025 14:37

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralından rayonun Əsgərabad kəndinə giriş hissəsində qeydə alınıb.

Belə ki, "Vaz 2115" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 5 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az