Üç gündür itkin düşən oğlanın telefonu kanaldan tapıldı - VİDEO

7 Fevral 2025 00:16

00:16

Ağcabədidə itkin düşən gənc oğlanla bağlı bəzi detallar məlum olub.

Milli.Az ATV-yə istinadən xəbər verir ki, ailəsi 17 yaşlı Adil Həsənovdan 3 gündür ki, xəbər ala bilmir.

"Evdən çıxarkən hara getdiyi barədə məlumat verməyib. Telefonu Yuxarı Qarabağ kanalının kənarından tapılıb. Heç kimlə problemi, davası olmayıb. Fəhlə işləyərək çörəyini qazanırdı, borcu da yox idi" , - deyə axtarılan gəncin atası Əkbər Həsənov bildirib.

Ətraflı süjetdə:

---------------
2025.02.06

Xəbər verdiyimiz kimi, Ağcabədidə 17 yaşlı yeniyetmə, 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlu kanalda batıb.

TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, Adil Həsənov evli olub.

Onun 4 ay əvvəl ailə qurduğu bildirilir. 

Milli.Az