Hüquq-mühafizə orqanlarının əməkdaşları Yekaterinburqda məşhur bloger Yevgeni Anisimovu ekstremist materialların yayılmasında şübhəli bilərək saxlayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
"Bu gün səhər Yekaterinburqda Yutub blogeri Yevgeni Anisimov saxlanılıb. "Gözəl Rusiya" layihəsinin resurslarında o, ekstremist xarakterli materiallar yayıb", - qeyd olunur.
Qeyd edək ki, "Gözəl Rusiya" Yutub kanalının 194 min abunəçisi var.
Milli.Az