Tibbi arayış kimlərə pulsuz verilir? - AÇIQLAMA

7 Fevral 2025 06:19

Vətəndaşların müxtəlif sahələrdə işə qəbul zamanı, sürücülük vəsiqəsi almaq üçün və ya digər məqsədlərlə tibbi arayışa ehtiyacı olur. Lakin bəzi hallarda tibbi arayışın verilməsi ödənişsiz həyata keçirilir.

Məsələ ilə bağlı aidiyyəti qurumlar bildirir ki, tibbi arayışın pulsuz verilməsi müəyyən kateqoriyalara aid şəxslərə şamil edilir.

Kimlərə tibbi arayışı tam ödənişsiz verilir? 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-in sığorta departamentinin şöbə müdiri Fatiq Həsənov açıqlama verib: 

"Bir neçə arayış və ya arayışa bənzər xidmətlər var ki, onlar vətəndaşa pulsuz olaraq həyata keçirilir. Bu qruplara 18 yaşına qədər olan uşaqların sağlamlığının ilkin müayinəsi, eyni zamanda hərbi xidmətə çağırılan şəxslərin müayinəsi daxildir. Əlavə olaraq inzibati məqsədlərlə göstərilən xidmətlər var ki, bunlara övladlığa götürmə və himayadar ailə valideynlərin müayinəsi də arayış qismində həyata keçirilir. 

Həssas ailə qruplarına aid olan şəxslərə, vətənin bütövlüyü uğrunda o cümlədən Qarabağ müharibəsində iştirak etmiş şəxslər , müharibədə şəhid olmuş şəxslərin 1-ci dərəcəli ailə üzvlərinə tibbi arayışlar ödənişsiz  verilir. Bundan əlavə olaraq, işğaldan azad olmuş torpaqlarımıza köçürülmə ilə bağlı müəyyən xidmətlər var ki, bu zaman vətəndaşlara ödənişsiz olaraq təqdim olunur".

Aysel Əkbər
Milli.Az