Kadır İnanır cavanlaşdı - FOTO

6 Fevral 2025 16:21

Türkiyənin məşhur aktyoru Kadir İnanırdan sevənlərinə şad xəbər gəlib.

Milli.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, o fərq ediləcək şəkildə gəncləşib.

Aktyor uzun müddət xəstəxanada müalicə alıb. Hazırda həm səhhəti yaxşılaşıb, həm də xeyli cavanlaşıb. Məlumat görə, buna səbəb onun tezliklə kino sahəsinə qayıdacağıdır.

Xatırladaq ki, Kadir İnanır 2024-cü il martın 24-də beyin damarında tromb yaranmasına görə xəstəxanaya yerləşdirilmişdi və 4 ay reanimasiyada qalıb. Aktyor hazırda fiziki müalicəni davam etdirir.

Milli.Az