"Milan" "Roma"dan üstün oldu

6 Fevral 2025 10:54

İtaliya Kubokunda 1/4 finalın ikinci görüşü baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Milan" doğma San-Siroda "Roma"nı qəbul edib.

"Rossonyerilər" "canavar"lardan üstün olublar - 3:1. Abraham dublla yadda qalıb.

Qeyd edək ki, "Milan"yarımfinalda "İnter" - "Latsio" cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, ötən gün baş tutan ilk 1/4 final oyununda "Atalanta" "Boloniya"ya minimal hesabla uduzaraq (0:1) yarışı tərk edib. Sonuncusu yarımfinalda "Yuventus" - "Empoli" cütünün qalibi ilə üz-üzə gələcək. Kubokun hazırkı sahibi də məhz "qoca sinyora"dır.

Milli.Az