17 yaşlı oğlandan xəbər yoxdur - telefonu tapılıb, özü yox

6 Fevral 2025 09:50

Ağcabədidiə 17 yaşlı yeniyetmə itkin düşüb.

Milli.Az xəbər verir ki, 1976-cı il təvəllüdlü Həsənov Əkbər Adil oğlu Ağcabədi RPŞ-nə ərizə ilə müraciət edərək fevralın 4-də övladı 2008-ci il təvəllüdlü Adil Həsənovun evdən çıxaraq geri qayıtmadığını bildirib.

Araşdırma zamanı Adil Həsənova məxsus "Redmi" markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.

Faktla bağlı Ağcabədi RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az