Bakıda yaşayış binasında yanğın olub

6 Fevral 2025 08:58

Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az