"Real"dan çətin qələbə: Ançelottinin son dəqiqədə üzü güldü

6 Fevral 2025 09:05

"Real Madrid" İspaniya Kral Kubokunda yarımfinala yüksəlib.

Milli.Az bildirir ki, Kral klubu 1/4 finalda "Leqanes"lə üz-üzə gəlib. Gərgin matç paytaxt təmsilçisinin 3:2 hesablı çətin qələbəsi ilə yekunlaşıb. Qalibiyyət qolu oyunun son dəqiqələrində gəlib.

Bu nəticə ilə "Real" adını yarımfinala yazdırıb.

Milli.Az