ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşdu

6 Fevral 2025 07:35

ABŞ-nin Sietl şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub.

Milli.Az xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.

Məlumatda Yaponiya Hava Yollarına məxsus təyyarənin ABŞ-nin Delta şirkətinə məxsus təyyarəni vurduğu bildirilir.

İki təyyarənin toqquşması səbəbilə bəzi uçuşlar dayandırılıb. Nəşrin məlumatına görə, insident hava nəzarət zonasından kənarda baş verib.

ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma apardığını açıqlayıb.

Hadisə zamanı insan tələfatı və maddi zərərlə bağlı məlumat verilmir. /APA

Milli.Az