Nigeriyanın Zamfara əyalətinin Kaura-Namoda yerli idarəetmə bölgəsində müsəlman məktəbində güclü yanğın baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təxminən üç saat davam edən yanğın nəticəsində 17 şagird həyatını itirib, daha bir neçə nəfər yaralanıb.
Yerli sakin Abdulrasak Bellonun sözlərinə görə, yanğın anbarda saxlanılan çır-çırpı yığını səbəbindən başlayıb və tez bir zamanda 100-ə yaxın şagirdin olduğu Makaranta Mallam Qali tədris zalına keçib.
"Yanğın tədris zalında baş verib. Onlar hamını təxliyə etdiklərini düşünürdülər, lakin yanğın söndürüldükdən sonra ayaqları və qolları tanınmaz dərəcədə yanmış cəsədlər aşkar etdilər", - deyə Bello bildirib.
Ölən 17 tələbə İslam ənənələrinə uyğun olaraq dəfn edilib.
Faciə cəmiyyətdə şok yaradıb, bir çoxları dini məktəblərdəki təhlükəsizlik tədbirlərindən şübhə etməyə başlayıblar. Sağ qalanlar və yaxınlarını itirən ailələr gələcək fəlakətlərin qarşısını almaq üçün vəziyyətə təcili müdaxilə edilməsinə çağırıblar.
Milli.Az