Bu şəxslərin pensiyası 540 manata qalxdı

5 Fevral 2025 21:21

500 manat pensiya alan şəxs artımlardan sonra 540 manat pensiya almış olacaq.

Milli.Az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov bu gün keçirdiyi brifinqdə bildirib.

DSMF sədri bildirib ki, vətəndaşlar bu artımı həm yanvar, həm də fevral üçün əldə etmiş olacaqlar.

Milli.Az