Şahnaz Bəylərqızı qaçaqmalçılıqda ittiham olunur - YENİLƏNİB

5 Fevral 2025 23:50

23:50

Polis tərəfindən saxlanılan jurnalist Şahnaz Bəylərqızına ittiham irəli sürülüb.

Milli.Az  Lent.az-a istinadən xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan jurnalistə qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.

Sabah onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq.

-----------
19:58

Jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) saxlanılıb.

Milli.Az xəbər verir ki, onun bu gün polis tərəfindən istintaq zərurəti ilə əlaqədar saxlandığı bildirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.

Araşdırma aparılır.

Milli.Az