Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddətinin uzadılmasını nəzərdə tutan qanunlar imzalayıb.
Milli.Az-ın xəbərinə görə, bu barədə "24tv.ua" nəşri Ukrayna Ali Radasının saytında dərc olunmuş "4220-IX" və "4221-IX" nömrəli qanun layihələrinə istinadən məlumat verib.
Məlumata görə, Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasına qərar verib. Beləliklə də Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2025-ci il fevralın 8-dən 2025-ci il mayın 9-dək davam edəcək./oxu.az
Milli.Az