“Muğam dəstgahları”nda Xalq artisti Teyyub Aslanovun ifasında “Rahab” muğamı təqdim olundu – FOTO

5 Fevral 2025 17:20

Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çərçivəsində təqdim etdiyi "Muğam dəstgahları"nda Xalq artisti Teyyub Aslanovun ifasında "Rahab" muğamı təqdim olundu.

Konsertdə Xalq artisti, tarzən Vamiq Məmmədəliyev və Əməkdar artist, tarzən Valeh Rəhimov çıxış edərək "Rahab"ın ifaçılıq xüsusiyyətlərindən söz açdılar. Vurğulandı ki, kiçik həcmli, qədim tarixə malik olaraq "Şur" muğam ailəsinə daxildir. 

Çıxışlardan sonra "Xarıbülbül" muğam qrupunun müşayiəti ilə Xalq artisti Teyyub Aslanovun ifası dinlənildi. Böyük ustalıqla təqdim edilən muğamı tamaşaçılar alqışlarla qarşıladı. 

Layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az