Azərbaycanda dərs zamanı ölən şagirdin FOTOsu - YENİLƏNİB

5 Fevral 2025 17:05

17:05

Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.

Milli.Az xəbər verir ki, 2010-cu il təvəllüdlü Yusif Yusifov bir ay əvvəl ürək əməliyyatı keçiribmiş.

Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib./"qafqazinfo"

15:30

Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb.

Milli.Az xəbər verir ki, hadisə şəhərdə İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə baş verib.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Milli.Az