"ABŞ-nin bu təklifi qəbuledilməzdir"

5 Fevral 2025 14:11

İsrail Baş naziri Benyamin Netanyahu girovların geri aldıqdan sonra Qəzzada yenidən müharibə başlada bilər.

Milli.Az bildirir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan "Anadolu" agentliyinə müsahibəsində deyib.

Hakan Fidan bildirib ki, bu halda Qəzzada əldə olunan atəşkəslə bağlı qarant ölkələrin addımları vacib olacaq. Nazirin sözlərinə görə, bölgədə atəşkəsə əsasən riayət edilir, lakin humanitar məsələlərlə bağlı hələ də ciddi problemlər mövcuddur.

H. Fidan ABŞ tərəfinin fələstinlilərin Qəzzanı tərk etmələri ilə bağlı təklif və planının da qəbuledilməz olduğunu vurğulayıb: "Fələstin məsələsi məhz buna görə, fələstinlilərin yaşadıqları torpaqlardan sürgün edilib, yerinə israillilərin gətirilməsi ilə başladı". /APA

Milli.Az