"iPhone" oğrusu çempion saxlanıldı - FOTO

5 Fevral 2025 13:25

Rusiya yüngül atletika çempionu Mark Tolstixin Moskvada saxlanılıb.

Milli.Az xəbər verir ki,  altı ildir federal axtarışda olan idmançı Moskvada metro stansiyaların birində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.  

Mark Tolstixin 2019-cu ildə Moskva sakinindən "iPhone" oğurladığına görə həbs olunub.  İdmançı həbs cəzasına məhkum edilsə də, o, qaça bilib. Bundan sonra Tolstixin federal axtarışa verilib. /Unikal

Milli.Az