Xamənei ona vəzifə verdi - FOTO

5 Fevral 2025 12:47

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Livan "Hizbullah"ının lideri Naim Kasemini bu ölkə üzrə nümayəndəsi təyin edib.

Milli.Azxəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

Bildirilib ki, Naim Kasemdən əvvəl Xaməneinin Livan üzrə nümayəndəsi Həsən Nəsrullah olub.

O, 2024-cü il sentyabrın 28-də İsrailin Beyruta endirdiyi raket zərbələri nəticəsində ölüb. Onu bu vəzifədə əmisi oğlu Seyid Haşim Səfiuddin əvəzləmişdi. Ancaq o da hücum nəticəsində ölüb. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, "Hizbullah"ın "ikinci nömrəsi" hesab olunurdu. /Report

Milli.Az