Türkiyədə tibb mütəxəssisləri sosial mediada satılan və həkim nəzarəti olmadan tətbiq edilən "sarı serum"un ölümcül təhlükə yaratdığını bildirirlər.
Milli.Az Türk mediasına istinadla xəbər verir ki, Acil Tıp Derneği Çocuk Acil Çalışma Qrupu üzvü Dr. Şeyda Kaptan, bu prosedurların xüsusilə uşaqlar üçün ciddi risk daşıdığını qeyd edib.
Sosial mediada 1500 TL-yə serum, 300 TL-yə antibiotik və ağrıkəsici iynə təklif edən hesabların olduğu aşkarlanıb. Həkim nəzarəti olmadan aparılan bu prosedurlar allergik şok, tənəffüs çatışmazlığı və hətta ölümə səbəb ola bilər.
Dr. Kaptanın sözlərinə görə, ailələr uşaqlarının tez sağalması üçün bu üsullara müraciət etsə də, kontrolsuz tətbiq olunan serum və dərman qarışıqları ciddi fəsadlara yol aça bilər.
"Sarı Serum" tələbinin artması bəzi hallarda tibbi personal və ailələr arasında mübahisələrə, hətta "Beyaz Kod" hadisələrinə səbəb olur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Hər hansı bir damar içi müalicə həkim nəzarətində aparılmalıdır. Özbaşına istifadə olunan serum və dərmanlar sağalmanı deyil, həyati təhlükəni artırır.
Fidan
Milli.Az