Məşhur futbolçu: "Nişanlım 4 min kişi ilə yatsa da, onunla evlənirəm" - FOTO

11 İyul 2012 13:13
Milli.Az TMZ-yə istinadən bildirir ki, "mankunianlar"ın Almaniyanın "Borussiya" (Dortmund) klubundan satın aldığı futbolçudan daha çox, onun sevgilisi Ameri İçinosedən danışılır.

Çünki 23 yaşlı futbolçunun evlənməyə hazırlaşdığı Ameri Yaponiyanın ən məşhur pornoulduzlarından biridir.
Ameri indiyədək 130-a yaxın pornoqrafik filmə çəkilib.

Yapon futbolçunun bu "eşq"i ilə bağlı "Mançester Yunayted" rəhbərliyi açıqlama verməkdən boyun qaçırıb.

23 yaşlı havbek Kaqavanın MU ilə imzaladığı müqavilənin müddəti 2016-cı ilə qədərdir.
Ameri İçinoseyə gəldikdə isə, 1987-ci ilin sentyabrın 17-də Yaponiyanın Kanaqava şəhərində doğulmuş bu qadın 18 yaşından bəri pornoqrafik filmlərə çəkilir.
O, müsahibələrindən birində: "İndiyədək 4 min kişi ilə yatmışam", - demişdi.
Kaqava isə deyib: "Nişanlım 4 min kişi ilə yatsa da, onunla evlənəcəyəm. Ameri ilə toyumuzdan sonra da onun işinə mane olmaq fikrində deyiləm. Özü istərsə, karyerasını başa vura bilər".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



































Fotolar: TMZ