Türkiyədə İŞİD əməliyyatı: 100-dən çox saxlanılan var

5 Fevral 2025 11:27

Türkiyənin hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri  ölkədə terrorçu qruplaşmalarla, əsasən də İŞİD-lə əlaqələrdə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Milli.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, reydlər Türkiyənin 21 vilayətini əhatə edib və "Gürz44" kod adlı əməliyyatda bir həftə ərzində 164 nəfər saxlanılıb.

Milli.Az