15 fələstinli Türkiyəyə göndərilir

5 Fevral 2025 15:18

İsrail tərəfindən sürgün edilən fələstinli məhbusların bir qisminin Türkiyəyə gətiriləcəyi açıqlanıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması ömürlük həbsə məhkum edilmiş bəzi məhbusların azadlığa buraxıldıqdan sonra Fələstindən çıxarılması şərtini ehtiva edirdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişinə uyğun olaraq, Türkiyə digər ölkələrlə birlikdə bu fələstinlilərin bir qismini qəbul edəcək.MİT birinci mərhələdə azad edilən 15 fələstinli məhbusun Misir üzərindən Türkiyəyə gətirilməsi üçün hərəkətə keçib.

Sözügedən fələstinlilərin Türkiyədə dinc və təhlükəsiz həyat qurmaları üçün lazımi tənzimləmələrin edildiyi də bildirilib. Fələstinlilərin kim olduğu və nə vaxt gələcəkləri hələlik bəlli deyil.

Fidan
Milli.Az