İsrailin baş naziri Maskla görüşdü - FOTO

5 Fevral 2025 13:19

ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a gedən İsrailin baş naziri Binyamin Netanyahu məşhur milyarder İlon Maskla da görüşüb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, həmin anların fotosunu Netanyahunun oğlu Yair Netanyahu sosial media hesabında paylaşıb.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla Yaxın Şərqdə və dünyada baş verən hadisələri müzakirə etmək üçün ABŞ-a səfər edib. Cümə axşamı günü başa çatması gözlənilən danışıqlar 'intensivlik' səbəbiylə uzadılıb. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Elon Maskın jesti "nasist salamı" kimi qiymətləndirildikdən sonra Netanyahu Maskı müdafiə edərək, "İlon İsrailin böyük dostudur" demişdi.

Fidan
Milli.Az