Makronun arvadının kişi olduğunu demişdi - Rusiyadan kömək istəyir

5 Fevral 2025 10:06

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi olduğunu iddia edən fransız jurnalist Nataşa Rey gələn həftə Rusiyaya siyasi sığınacaq üçün müraciət edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Fransua Danqlin "RİA Novosti" ilə söhbətində deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, onun müvəkkili bunu Rusiyanın Parisdəki səfirliyi vasitəsilə edəcək. 

O da qeyd olunub ki, Nataşa Rey Bricit Makronla bağlı apardığı araşdırmaya görə Fransada qanuni təqiblərlə üzləşib. Rey iddia edir ki, Fransa liderinin həyat yoldaşı kişi doğulub və doğum adı Jan-Mişeldir.

Milli.Az